Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfrans, sərhəd xidməti rəhbərlərinin İşçi qrupunun iclası bu gün Bakıda işə başlayıb. İki gün davam edəcək tədbirdə inteqrasiya edilmiş sərhəd idarəçiliyinin nəzəriyyəsi və praktikası, sərhəd məsələləri üzrə beynəlxalq konfransın 16-cı plenar iclasının gündəliyi, İşçi qrupların fəaliyyəti və digər məsələlər müzakirə olunacaq. Tədbirdə ABŞ, Almaniya, Belarus, İngiltərə, Bolqarıstan, Türkiyə, Macarıstan, Polşa və digər dövlətlərin sərhəd xidmətlərinin beynəlxalq miqrasiya təşkilatının, FRONTEX aqentliyinin və BODERPOL təşkilatlarının nümayəndələri iştirak edirlər. Azərbaycan 1992-ci ildən fəaliyyət göstərən Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransa 2002-ci ildən qoşulub, hazırda Azərbaycan Dövlət Sərhəd Xidməti konfransın 3 İşçi qrupunun üzvüdür və bir İşçi qrupa rəhbərlik edir.