...

Asim Mollazadə kaliforniyalı parlamentarilərlə görüşüb

Siyasət Materials 27 Sentyabr 2007 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə cümə axşamı ABŞ-ın Kaliforniya ştatının qanunverici orqanının nümayəndələri ilə görüşüb. Bu barədə DİP-dən məlumat verilib.

Görüş zamanı Azərbaycanla Kaliforniyanın əlaqələri, Azərbaycanın Avroatlantik məkana inteqrasiyası, Azərbaycan parlamenti ilə Kaliforniya parlamenti arasında münasibətlər, Dağlıq Qarabağ problemi müzakirə olunub. Mollazadə qonaqlara Azərbaycanın Avroatlantik məkana inteqrasiya perspektivləri, Ermənistan-Azərbaycan münaqişəsi və Demokratik İslahatlar Partiyasının fəaliyyəti haqqında ətraflı bilgi verib.

Senator Şila Kuyelin başçılıq etdiyi Kaliforniya qanunvericilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri tanışlıq məqsədi daşıyır. Onlar Azərbaycanın müxtəlif bölgələrinə səfər edərək icra strukturlarının nümayəndələri ilə görüşlər keçiriblər. Azərbaycanla Kaliforniyanın əlaqələrinin genişləndirilməsi istiqamətində işlər aparılır.

Xəbər lenti

Xəbər lenti