...

NATO Azərbaycanla əməkdaşlıq proqramının birinci mərhələsinin həyata keçirilməsindən razıdır (video)

Siyasət Materials 28 Sentyabr 2007 20:43 (UTC +04:00)
NATO Azərbaycanla əməkdaşlıq proqramının birinci mərhələsinin həyata keçirilməsindən razıdır  (video)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva/ NATO fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı (IPAP) çərçivəsində Azərbaycanla əməkdaşlıq proqramının birinci mərhələsinin həyata keçirilməsindən razıdır. Bunu cümə günü Bakıya səfərinin yekunu üzrə keçirdiyi brifinqdə NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simson bidlirib. "Gələcəkdə bu əməkdaşlıq Azərbaycanın NATO-ya üzv olması yolunda yaxşı əsas ola bilər",-deyə Simson bildirib.

"Indi tərəflər IPAP-ın ikinci mərhələsinə keçirlər",-deyə o söyləyib. İki illik plan Müdafiə nazirliyi sisteminin modernizasiyası, Fövqəladə hallar nazirliyinin, Dövlət sərhəd xismətinin fəaliyyətinin təkmilləşdirilməsi, orduda kommunikasiya vasitələrinin modernizasiyası, kiçik zabit heyəti üçün təlimlərin keçirilməsini nəzərdə tutur. Bütün bu məsələləri xüsusi nümayəndə prezident, müdafiə naziri və sərhəd xidmətinin rəhbəri ilə müzakirə edib.

Azərbaycan IPAP-ı 2004-cü ildə bu qurumun rəhbərliyinə təqdim edib. Azərbaycan prezidentinin sərəncamına əsasən, 2005-ci ilin avqust ayından planda nəzərdə tutulan tədbirlərin praktiki şəkildə həyata keçirilməsinə başlanılıb.

NATO ilə fərdi tərəfdaşlıq planına əsasən, hər il Azərbaycanın 1000-dən çox hərbi qulluqçusu Alyansın 300-dən çox tədbirində iştirak edir. Hər il NATO Azərbaycanda 6-8 tədbir keçirir.

Xəbər lenti

Xəbər lenti