...

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bakıda danışıqlar aparıb

Siyasət Materials 29 Sentyabr 2007 12:15 (UTC +04:00)
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bakıda danışıqlar aparıb

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Maykl Heydn birgünlük səfərdlə Bakıya gəlib. Bu barədə Trend ə ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Conatan Henik məlumat verib.

Onun sözlərinə görə, ABŞ xüsusi xidmət orqanının rəhbəri Bakıda terrorla birgə mübarizə məsələləri, həmçinin, regional təhlükəsizlik məsələlərini müzakirə edib. Henik səfərin digər detallarını şərh etməyib.

Henik bildirib ki, kəşfiyyat idarəsinin rəhbəri artıq Azərbaycanı tərk edib.

Xəbər lenti

Xəbər lenti