...

Bakı Fond Birjasında DQİ yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Siyasət Materials 8 Oktyabr 2007 20:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Oktyabr ayının 9-da saat 11:00-dan 12:30-dək, BFB-də qeydiyyat №-si 10300617S olan Dövlət Qısamüddətli İstiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

DQİ-nin ümumi həcmi - 5 mln. AZN, bir istiqrazın nominal dəyəri - 200 AZN, istiqrazların tədavül müddəti -182 gün, ödəmə tarixi - 8 aprel 2008-ci ildir.

Hərrac zamanı, DQİ buraxılışının 20%-dan artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Xəbər lenti

Xəbər lenti