...

ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək

Siyasət Materials 16 Oktyabr 2007 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Böyük Millət Partiyası ABŞ Konqresinin xarici əlaqələr Komitəsinin qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı çıxardığı qərara etiraz olaraq, Böyük Millət Partiyası ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirəcək. Bu barədə çərşənbə axşamı partiyadan məlumat verilib.

Piketin oktyabrın 23-də saat 12.00-dan 12.30-dək keçirilməsi planlaşdırılır. Aksiya ilə bağlı çərşənbə axşamı Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət olunub.

Xəbər lenti

Xəbər lenti