...

Azərbaycanda yeni hakimiyətyönlü partiyanın yaradılması xəbəri təsdiqini tapmır

Siyasət Materials 17 Oktyabr 2007 13:02 (UTC +04:00)
Azərbaycanda yeni hakimiyətyönlü  partiyanın yaradılması xəbəri təsdiqini tapmır

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Hakim Üeni Azərbaycan Partiyası (YAP) ölkədə yeni hakimiyətyönlü siyasi partiyanın yaradılması haqqında məlumatı təkzib edib. YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çərşənbə günü Bakıda jurnalistlərə açıqlamasında bildirib ki, bu barədə məlumatları mətbuatdan oxuyub:

"Məndə başqa dəqiq məlumat yoxdur".

Son günlər mətbuatda yeni hakimiyətyönlü siyasi partiyanın yaradılması haqqında məlumatlar yayılıb və həmin məlumatlara əsasən yeni partiya prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyəcək və təşkilatda YAP üzvü olmayan bir sıra tanınmış insanlar təmsil olunacaqlar. Məlumatlara əsasən, yeni partiyaya Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik edəcəyi nəzərdə tutulub.

Novruzov qeyd edib ki, prezident İlham Əliyev YAP-ın sədridi. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevə isə YAP siyasi şurasının üzvüdür və Heydər Əliyev Fondunun prezidentidir.

"Heydər Əliyev isə YAP-ın yaradıçısı və lideridir",- deyə YAP icra katibinin müavini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti