Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Bakının Şəhidlər Xiyabanında aparılan təmir- abadlıq işləri noyabrın 1-dək başa çatdırılacaq. Bu barədə çərşənbə günü Trend ə Bakı şəhər İcra Hakimiyətinin başçısı Hacıbala Abutalıbov açıqlama verib.
O bildirib ki, ayın 1-dək Xiyabana giriş qadağandır. O, hətta Xiyabanda aparılan təmir işlərinin video lentə alınmasının, ərazidə çəkiliş aparılmasının qadağan edildiyini deyib.
İcra başçısı bildirib ki, təmir-abadlıq işləri Şəhidlər Xiyabanının bütün ərazisində aparılır. Noyabrın 1- də isə, yeni təmir-abadlıq işlərindən sonra, Şəhidlər Xiyabanının açılışı olacaq.
İcra başçısı aparılan təmir işlərinin təfərrüatları barədə açıqlama verməyib. "Ayın 1-də özünüz hər şeyi görəcəksiniz", - deyə Abutalıbov bildirib.