...

Prezident seçkisində müxalifət liderinin namizədliyini dəstəkləyən qurum yaradılacaq

Siyasət Materials 18 Oktyabr 2007 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Müxalifətçi Müsavat Partiyasının prezidentliyə namizədinin ətrafında seçki bloku və ya koalisiya yaradılacaq. Bu barədə cümə axşamı Trend ə, Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər məlumat verib.

Müsavat Partiyasının Məclisi gələn il Azərbaycanda keçiriləcək prezident seçkisində iştirak etməyə və partiyanın sədri İsa Qəmbərin namizədliyinin irəli sürülməsinə dair oktyabrın 12-də qərar çıxarıb.

Pariyanın Məclis sədri bildirib ki, artıq gələn həftədən başlayaraq, İsa Qəmbərin namizədliyini dəstəkləyən qurumun yaradılması məsələsi müzakirə olunacaq. Onun sözlərinə görə, Müsavat Partiyası digər siyasi partiyalarla danışıqlara başlayacaq, Azərbaycanın ictimai, siyasi qurumlarını, QHT-ləri, nüfuzlu ziyalıları İsa Qəmbərin dəstək kampaniyasına cəlb etməyə çalışacaq.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. O vaxt İsa Qəmbərin namizədliyini dəstəkləyən 10-dan çox partiyanın iştirakı ilə "Bizim Azərbaycan" seçki bloku yaradılmışdı.

Müsavat Partiyası hazırda beş nəfər deputatla parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti