...

Küveyt Azərbaycanla maliyyə əməliyyatları sahəsində təcrübəsini bölüşməyə hazırdır

Siyasət Materials 22 Oktyabr 2007 19:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Bazar ertəsi Küveyt parlamentinin nümayəndələri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə bildiriblər ki, Küveyt Azərbaycanla maliyyə əməliyyatları təcrübəsini bölüşməyə hazırdır.

Nazir Elmar Məmmədyarov siyasi sahədə əməkdaşlığın iqtisadi, mədəni sahədə də genişləndirilməsinin zəruri olduğunu bildirib.

Nazir Azərbaycan və Küveyt tarixində işğal halını xatırlatmış, Küveytin öz ərazi bütövlüyünü xalqının iradəsi və beynəlxalq ictimaiyyətin dəstəyi ilə bərpa etdiyi kimi, Azərbaycanın da işğal olunmuş ərazilərini geri qaytaracağını diqqətə çatdırmışdır.

Tərəflər, həmçinin, qarşılıqlı şəkildə mədəniyyət günlərinin keçirilməsi və birbaşa hava əlaqəsinin yaradılmasının vacibliyini qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti