...

Azərbaycanın vəzifəli şəxsləri gəlirləri barədə hesabat verəcəklər

Siyasət Materials 23 Oktyabr 2007 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Yaxın vaxtlarda vəzifəli şəxslər öz gəlirləri haqqında hesabat verəcəklər, Milli Məclisiin çərşənbə axşamı keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələri daimi komissiyasını sədri Əli Hüseynov bildirib. Onun sözlərinə görə, Nazirlər Kabineti vəzifəli şəxslərin, o cümlədən deputatların öz gəlirləri haqqında hesabat vermələri üçün gəlir bəyannamələrinin formasını hazırlayıb, təsdiqləməlidir: "Milli Məclis vəzifəli şəxslər tərəfindən maliyə xarakterli məlumatların təqdim olunmasına dair qanun qəbul edib. Prezident İlham Əliyev bu qanunun tətbiqinə dair fərman imzalayıb. Fərmanda göstərilib ki, Nazirlər Kabineti gəlir bəyannamələrin formasını hazırlayıb təsdiq etsin. Yaxın vaxtlarda bu iş başa çatdırılacaq".

Müxalifəti təmsil edən Müsavat Deputat Qrupunun üzvü Pənah Hüseyn təklif edib ki, cəmiyyətə nümunə göstərmək üçün Milli Məclisin sədri başda olmaqla bütün deputatlar öz əmlakları haqqında bəyannaməni təqdim etməlidir.

Xəbər lenti

Xəbər lenti