...

ABŞ-ın Azərbaycandakı səfirliyinə etiraz bəyanatı təqdim edilib

Siyasət Materials 23 Oktyabr 2007 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində qondarma "erməni soyqırımı"nı tanıyan qərarın çıxarılmasına etiraz olaraq, Böyük Millət Partiyasının bir qrup üzvü çərşənbə axşamı ABŞ-ın Azərbaycandakı səfirliyinin qarşısında piket keçirib.

Partiyanın etiraz bəyanatı səfirliyin əməkdaşlarına təqdim olunub. Bəyanatda deyilir ki, ABŞ Konqresi Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində qondarma "erməni soyqırımı"nı tanıyan 106 saylı Qətnamənin çıxarılması türk və islam dünyasına qarşı təzyiq siyasətidir.

Partiya, həmçinin, noyabrın 10-da Bakının mərkəzi küçələrindən birində yürüş keçirməyə qərar verib. Yürüşdə qondarma "erməni soyqırımının" tanınmasına dəstək verilməsinə, həmçinin, PKK təşkilatının Türkiyədə həyata keçirdiyi qanlı aksiyalara etirazlar bildirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti