...

XİN rəhbəri: "Azərbaycan Litva ilə enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsini istəyir"

Siyasət Materials 23 Oktyabr 2007 22:00 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Azərbaycan Litva ilə enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsini istəyir. Bu barədə Azərbaycannın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı Bakıda Litva Seyminin xarici işlər daimi komitəsinin sədri Yustinas Korosasun rəhbərliyi ilə Litva parlamentarlarından ibarət nümayəndə heyəti ilə görüşündə bildirib.

Məmmədyarov Baltikyanı ölkələr, o cümlədən Litvanın ölkəmizin Avro-Atlantik strukturlara inteqrasiyasında körpü rolu oynadığını diqqətə çatdıraraq qarşılıqlı siyasi dəstəkdən razılıq ifadə edib.

Azərbaycanın xarici siyasətində və ümumi inkişafında Dağlıq Qarabağ münaqişəsinin həllinin ən vacib məsələ olduğunu qeyd edən nazir Məmmədyarov Ermənsitan tərəfindən Azərbaycana qarşı həyata keçirilən təcavüzkarlıq və etnik təmizləmə siyasəti, habelə Azərbaycan tarixi və mədəni abidələrinə qarşı törədilmiş vandallıqlar barədə məlumat verib.

Litva Seyminin xarici işlər daimi komitəsinin sədri Yustinas Korosas da iki dövləti ümumi maraqların birləşdirdiyini, Azərbaycanın alternativ enerji mənbəyi olmaqla bərabər, regionda siyasi, iqtisadi baxımdan ən münasib müttəfiq olduğunu qeyd edib.

Görüşdə həmçinin ikitərəfli münasibətlər, regional əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti