...

Gələn ilin əvvəlindən Azərbaycanda sahibkarlıq fəaliyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi tətbiq ediləcək

Siyasət Materials 25 Oktyabr 2007 22:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan resrublikasında 2008-ci il 1 yanvar tarixindən sahibkarlıq fəaliyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi tətbiq ediləcək.

Prezident İlham Əliyev ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama proseduralarının sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədi ilə cümə axşamı sərəncam imzalayıb.

Sənəd sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsini nəzərdə tutur. Səcərcam Vergilər nazirliyini sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə vahid dövlət qeydiyyat orqanı müəyyən edir.

Nazirlər kabinetinə tapşırılır ki, normativ normativ-hüquqi aktların bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan r espublikasının p rezidentinə təqdim etsin və sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipini uyğun təşkili ilə bağlı lazımi tədbirlər görsün.

Xəbər lenti

Xəbər lenti