...

Səfir: GUAM ölkələri ərazisində dondurulmuş münaqişələr Kiyevdə müzakirə olunacaq

Siyasət Materials 30 Oktyabr 2007 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Ukraynanın Azərbaycandakı səfiri Stepan Volkoveskiy bildirib ki, GUAM ölkələri ərazisində dondurulmuş münaqişələr noyabrın 14-də Kiyevdə müzakirə olunacaq

"Ukrayna GUAM ərazisində Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın xarici işlər nazirləri səviyyəsində dondurulumuş münaqişələrə dair konfrans təşkil etmək təşəbbüsü ilə çıxış edib" - deyə səfir bildirib.

GUAM ölkələri ərazisində Ukrayna istisna olmaqla münaqişəlrə mövcuddur: Gürcüstan-Abxaz, Gürcüstan-Osetin, Ermənistan-Azərbaycan, həmçinin Dnestryanı münaqişəsi. Səfirin sözlərinə görə, hazırda konfrarsın proqramı dəqiqləşdirilir.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti