...

Bələdiyyə rəhbəri: İqdır sərhəd əyalətində hava limanının tikintisi Azərbaycan-Türkiyə əlaqələrini genişləndirəcək

Siyasət Materials 30 Oktyabr 2007 13:24 (UTC +04:00)

Türkiyə, İqdır / Trend müxbir İ. Qasımlı/ 2008-ci ilin may ayından başlayaraq Azərbaycan-Türkiyə sərhədində yerləşən İqdır əyalətində tikintisi 12 il bundan əvvəl təxirə salınmış hava limanının tikintisinə yenidən başlanacaq. "Hava limanının inşa edilməsi həm İqdırın iqtisadiyyatına, həm də Azərbaycan-Türkiyə münasibətlərinə müsbət təsir göstərəcək" - deyə çərşənbə axşamı İqdır bələdiyyəsinin rəhbəri Nürəddin Araz Trend ə verdiyi müsahibəsində bildirib.

Azərbaycan türklərinin yaşadığı İqdır əyalətində hava limanının tikintisinə 1995-ci ildə başlanıb, lakin limanın tikintisi vəsait çatışmazlığı səbəbindən təxirə salınıb.

Nürəddin Arazın verdiyi məlumata görə, Azərbaycana ötən ilki səfəri zamanı prezident İlham Əliyevlə görüşündə prezidentdən hava limanının tikintisinin bərpasına yardım etməyi xahiş edib. Azərbaycan dövlət başçısı ilə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan arasında aparılan danışıqlarından sonra Iqdırda hava limanın tikintisinə vəsait ayırmaq barədə qərar qəbul olunub. "Azərbaycan prezidentinin köməyi öz müsbət təsirini göstərib və artıq gələn ildən hava limanın tikintisinə başlanacaq" - deyə Araz qeyd edib.

Bələdiyyə başçısı həmçinin bildirib ki, iqdırlılar Türkiyənin qonşu əyalətlərinin, Qars, Ərzurum və ya Aqranın hava limanlarından istifadə edirlər. Bakıya uçuş isə yalnız Naxçıvan (Azərbaycan) vasitəsilə mümkündür

"İqdırda hava limanın tikilməsi nəticəsində yola az vaxt sərf olunacaq ki, bu da sahibkarlar üçün çox vacibdir və eyni zamana iqtisadiyyatın da inkişafına səbəb olacaq" - deyə bələdiyyə rəhbəri bildirib. Arazın sözlərinə görə, hava limanının tikintisi Bakı və Gəncəyə birbaşa aviareyslər həyata keçirməyə imkan verəcək və ticarət dövriyyəsinin artımına səbəb olacaq.

Xəbər lenti

Xəbər lenti