...

Prezident Aparatı rəsmisi: "Seçki komissiyalarında yerlərin beş partiya arasında bölünməsi təklifi qəbul olunmayacaq"

Siyasət Materials 31 Oktyabr 2007 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Seçki komissiyalarında yerlərin beş siyasi partiya arasında bölünməsi təklifi iqtidar tərəfindən qəbul olunmayacaq. Trend in məlumatına görə, bu barədə çərşənbə günü Prezident Aparatı ictimai-siyasi şöbənin müdir müavini Ərəstun Mehdiyev açıqlama verib.

Azərbaycan müxalifətinin aparıcı qüvvələri sayılan "Azadlıq" bloku, Müsavat Partiyası və Azərbaycan Demokratik Partiyası (ADP) Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı vahid mövqedən çıxış etmək barədə razılığa gəldilər. Onların təklifinə görə, seçki komissiyalarının tərkibinin iqtidarla müxalifət arasında paritet əsasda (bərabər) formalaşdırılmalı, yerlərin tam yarısı iqtidar nümayəndələri, qalan yarısı ADP, Müsavat və "Azadlıq" blokunda təmsil olunan ALP və AXCP-nin nümayəndələrindən ibarət olmalıdır.

Prezident Aparatı rəsmisi bildirib ki, 4 müxalifət partiyasının bu təklifi obyektiv deyil və reallığı əks etdirmir. Onun fikrincə, seçki komissiyalarının indiki tərkibi paritetliyi əks etdirir, çünki orada iqtidar və müxalifət partiyalaranın, həmçinin bitərəflərin nümayəndələri təmsil olunur.

"Qalan təkliflər isə cəmiyyətin mara etdirmir. Müxalifətin təklif etdiyi şəkildə formalaşmanı paritet adlandırılması ümumiyətlə düzgün yanaşma deyil. Hesab edirəm ki, həmin şəkildə seçki komissiyalarının formalaşdırılmasına qərar verilməyəcək"-deyə Prezident Aparatı rəsmisi bildirib.

Xəbər lenti

Xəbər lenti