...

Bakıda Avropa Gənclər Mərkəzinin açılması planlaşdırılır (video)

Siyasət Materials 31 Oktyabr 2007 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova/ Bakıda Avropa Gənclər Mərkəzinin açılması planlaşdırlır. Bu barədə qərar Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimovla Avropa Şurası Gənclər və İdman İdarəsinin rəhbəri Ralfom-Rene Vaynqertner arasında görüşdə qəbul olunub.Tərəflər gənclər və idman sahələrində əməkdaşlıq və Azərbaycanın gənclər təşkilatlarının Avropada fəaliyyətinin genişləndirilməsi məsələlərini müzakirə ediblər. Vaynqertner qeyd edib ki, Azərbaycan Avropa Şurası və İKT qurumları arasında əməkdaşlığın genişləndirilməsində mühüm rol oynaya bilər.

Xəbər lenti

Xəbər lenti