...

Əlcəzair Xalq Demokratik Respublikasinin Prezidenti zati-aliləri Cənab Əbdüləziz Buteflikaya

Siyasət Materials 31 Oktyabr 2007 21:28 (UTC +04:00)

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Əlcəzair inqilabı günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Əlcəzair arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost Əlcəzair xalqına sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 23 oktyabr 2007-ci il.

Xəbər lenti

Xəbər lenti