...

"Dondurulmuş münaqişələr" üzrə Berlin dinləmələrində Azərbaycan nümayəndə heyətinə Araz Əzimov rəhbərlik edəcək

Siyasət Materials 1 Noyabr 2007 12:11 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir A.Məhərrəmli/ Noyabrın 5-6-da Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı ərazilərdə "dondurlmuş münaqişələr" üzrə Berlin dinləmələrində rəsmi Bakını xarici işlər nazirinin müavini Araz Əzimov təmsil edəcək. Bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaydığı məlumatda göstərilib.

Dinləmələri AŞ PA müşahidə komitəsi Almaniyanın beynəlxalq siyasət və təhlükəsizlik institutu (SWP) ilə birgə təşkil edir. AŞ PA-nın məlumatına görə, ikigünlük dinləmələrin məqsədi "dondurulmuş münaqişələr"in sülh yolu ilə həlli istiqamətində aparıcı beynəlxalq ekspertlərin və dövlətlərin hökumətlərinin səylərini birləşdirmək və əlaqələndirmək, həmçinin Avropa Şurasının sülh prosesində rolunun müəyyən olunmasıdır.

Dinləmələrdə Moldovanın xarici işlər və Avropa inteqrasiya naziri Vasili Şova, Gürcüstanın münaqişələrin nizamlanması üzrə naziri David Bakradze, AŞ PA müşahidə komitəsinin sədri Eduard Linter, SWP direktoru Uve Xalbah və digər rəsmi şəxslər və ekspertlər iştirak edəcəklər.

AŞ PA-nın məlumatında qeyd olunur ki, Rusiya Federasiyası da bir halda ki, Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı regionlarda sülh prosesi ilə əlaqədar Avropa Şurası qarşısında bir sıra öhdəlikləri var, bu münaqişələrin nizamlanmasında əhəmiyyətli rol oynayır.

Xəbər lenti

Xəbər lenti