...

Azərbaycan parlamenti PKK-nın terrorçu təşkilat kimi tanınmasına dair bəyanat hazırlayır

Siyasət Materials 6 Noyabr 2007 12:45 (UTC +04:00)
Azərbaycan parlamenti PKK-nın terrorçu təşkilat kimi tanınmasına dair bəyanat hazırlayır

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti PKK-nın terrorçu təşkilat kimi tanınmasına dair bəyanat hazırlayır, bu barədə Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında spiker Oqtay Əsədov məlumat verib. Onun sözlərinə görə, Kürd Fəhlə Partiyasının (PKK) terorrçu təşkilat kimi tanınmasına dair bəyanatın qəbulu üçün parlamentdə xüsusi komissiya yaradılacaq.

Milli Məclisin ötən iclasında müxalifətçi deputatlar PKK-nın terrorçu təşkilat kimi tanınması ilə bağlı parlament rəhbərliyi qarşısında məsələ qaldırıb. Türkiyə prezidenti Abdulla Gül isə ötən həftə Azərbaycan jurnalistləri ilə keçirilən mətbuat konfransında bildirmişdi ki, rəsmi Ankara PKK məsələsində Azərbaycandan dəstək gözləyir.

Türkiyə parlamenti PKK-nın İraqla sərhəddə 13 əsgərin ölümü ilə nəticələnən hücumundan sonra hərbi əməliyyatların keçirilməsinə dair qərar çıxarıb. Rəsmi Ankara bu məsələ ilə bağlı bir çox Avropa ölkələrindən, o cümlədən ABŞ-dan dəstək alıb.

Xəbər lenti

Xəbər lenti