...

Bakı Fond Birjasında DQİ-nin yerləşdirilməsi keçirilib

Siyasət Materials 6 Noyabr 2007 20:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / 2007-ci il noyabrın 6-da Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10201017S saylı dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 5 000 000 manat, bir istiqrazın nominal dəyəri - 200 manat, tədavül müddəti 91 gün olan qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Sifarişlər 1 investor tərəfindən təqdim olunub. Sifarişin nominal üzrə ümumi məbləği 2 007 600 manat təşkil edib.

Sifarişlər 97.45% (gəlirlik 10.50%) və 97.57% (gəlirlik 9.99%) qiymət intervalında təqdim edilib.

İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 97.57% (gəlirlik 9.99%) orta ölçülmüş qiymət - 97.57% (gəlirlik 9.99%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti