...

"Liverpul" "Beşiktaş"ı darmadağın edib

Siyasət Materials 7 Noyabr 2007 02:03 (UTC +04:00)
"Liverpul" "Beşiktaş"ı darmadağın edib

Azərbaycan, Bakı / Trend / Çərşənbə axşamı UEFA Çempionlar liqasının növbəti turunun oyunları keçirilib. A qrupunda İngiltərənin "Liverpul" klubu öz meydanında Türkiyənin "Beşiktaş" klubunu darmadağın edib. İngilislər səkkiz dəfə qonaqların qolkiperini məyyus edə biliblər. Bu oyunda "Liverpul"un israilli legioneri Benayun het-trik edib. Krauçla Babel isə dubla imza atıblar.

Qrupun digər matçında "Portu" ilə "Marsel" üz-üzə gəliblər. Bu oyunda portuqaliyalılar 2:1 hesabı ilə qələbə qazanıblar.

Digər oyunların nəticələri:

Valensiya -Rusenborq 0:2

Şalke- Çelsi 0:0

Latsio- Verder 2:1

Olimpiakos- Real 0:0

Seltik- Benfika 1:0

Şaxtyor- Milan 0:3

Xəbər lenti

Xəbər lenti