...

Bolqarıstan baş naziri: Azərbaycanla Bolqarsıtan arasında ticarət-iqtisadi münasibətlər mövcud potensiala cavab vermir

Siyasət Materials 8 Noyabr 2007 05:08 (UTC +04:00)
Bolqarıstan baş naziri: Azərbaycanla Bolqarsıtan arasında ticarət-iqtisadi münasibətlər mövcud potensiala cavab vermir

Azərbaycan, Bakı / Trend müxbir A.Qasımova/ Bolqarıstan baş naziri Sergey Stanişevin Azərbaycana 11-13 noyabr səfəri öncəsi Trend ə eksklüziv müsahibəsi

- Azərbaycanla Bolqarıstan arasında münasibətlərin indiki səviyyəsini necə qiymətləndirirsiniz ? İki ölkə arasında əməkdaşlıq perspektivlərini necə görürsününz ?

- Azərbaycanla Bolqarıstan arasında əməkdaşlıq yaxşı münasibətlər və siyasi və digər problemlərin olmadığı şərait əsasında inkişaf edir . İkitərəfli münasibətlərin inkişafı üçün eyni siyasi prioritetlər , siyasi və iqtisadi stabillik , yaxşı inkişaf perspektivləri , qarşılıqlı maraq mövcuddur . Bolarıstan üçün bu Azərbaycan və Avropa arasında bağlayıcı olmaq , Azərbaycan üçün - Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizi olmaqdır . Son bir neçə il ərzində iki ölkə arasında siyasi dialoq səviyyəsi artıb , və bu da bütün ikitərəfli əlaqələrin inkişaf dinamikasında mühüm rol oynayıb . Bolqarıstan Azərbaycanın avropa və avroatlantik strukturları ilə əməkdaşlığın dərinləşməsi arzusunu alqışlayırıq .

- Azərbaycana səfər müddətində hansı əsas məsələlər məzakirə obyekti olacaq ?

- Səfər çərçivəsində əsas fokus iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı ilə bağlı olacaq . Bolqarıstan Azərbaycanı daimi ticarət tərəfdaşı kimi görür . Son illər dövründə ölkələrimiz arasında olan iqtisadi əlaqələr daha dinamik xarakter alıb , lakin onların indiki səviyyəsi nə bizim potensiala nə də maraqlara cavab verir . Məs bu səbəbdən iki ölkənin gücü ikitərəfli ticarətin və iqtisadi əməkdaşlığın birgə planlaşdırmasına yönəlməlidir .

Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum boru kəmərləri Azərbaycanın bir enerji ehtiyatlarının ixracatçısı kimi artan nüfuzunun bariz nümunəsidir . Bolqarıstan öz tərəfindən isə Qara dənizdən , Xəzərdən və Mərkəzi asiyadan Balkanlar və Avropaya nəqlilə bağlı bir neçə enerji layihələrinin iştirakçısı və təşəbbüskarıdır . Bu səbəbdən mənim səfərim zamanı müzakirə olunacaq əsas məsələlərdən biri energetika sahəsində ikitərəfli əməkdaşlığın inkişafı olacaq .

Bundan başqa , ölkələr arasında razılıq və müqavilələr bazasını genişləndirən bir sıra ikitərəfli sənədlərin imzalanması mümkün olacaq . Onların arasında iqtisadi əməkdaşlıq üzrə dövlətlərarası razılıq , ikiqat vergiqoymanın aradan qaldırılması barədə sənəd , həmçinin rəqabət mühitinin qorunmasına dair sənədlər var.

- Bolqarıstanın dağlıq qarabağ münaqişəsinin nizamlanmasında mövqeyi necədir ? Bu məsələnin Azərbaycanın ərazi bütövlüyünü çərçivəsində həllini Bolqarıstan dəstəkləyir mi?

- Qarabağ münaqişəsinin nizamlanmasında Bolaqrıstanın mövqeyində heç bir dəyişiklik baş verməyib və biz bu məsələnin sülh yolu ilə həll olunmasında israrlıyıq . Bu isə Azərbaycan və Ermənistan arasında dövlət başçıları da daxil olmaqla ikitərəfli danışıqlar əsasında mümkündür . ATƏT və AB üzvü kimi , Bolqarıstan Minsk qrupu həmsədrlərinin və AB Cənubi Qafqazda xüsusi nümayəndəsinin sülhə yönəlmiş əməklərini dəstəkləyir . Onların fəaliyyəti bu iki təşkilatların üzvlərinin istəklərini nümayiş etdirir , o cümlədən Bolqarıstanın . Bolqarıstan hər iki tərəfi hərbi çağırış və provokasiyalardan səkinməyə çağırır . Bizim fikrimizcə , hərbi tərəfə yönəlmiş addımlar Cənubi Qafqazda vəziyyəti çətinləşdirər və regiondakı vəziyyətə mənfi təsir göstərər , və bu da hər iki ölkə vətəndaşlarının yaşayışında özünü göstərəcək . Hər iki ölkə münaqişənin dinc yolla həlli üçün kompromisə gəlməlidirlər .

- İki ölkə arasında iqtisadi sahədə potensial nə qədər səmərəlidir ? Ölkələr arasında ticarət dövriyyəsinin artırılmasının mümkün yolları hansılardır ?

Fikrimcə , iqtisadi əməkdaşlıq bizim ikitərəfli münasibətlərin bünövrəsi olmalıdır . Ölkələrimiz arasında ticarət kifayət qədər yüksək səviyyəyə yüksəlib , amma bu əsasən azərbaycan neftinin idxalının payına düşür . Qeyri neft məhsullarının qarşılıqlı alınması aşağı səviyyədədir .

Azərbaycanla Bolqarıstan arasında mövcud indiki ticarət-iqtisadi münasibətlər potensialımıza cavab vermir . Mal və xidmətlərin ixracı və idxalı üçün real imkanlar mövcuddur . Bolqarıstan dünya bazarında yaxşı qəbul olunan maşınqayırma , elektrotexnika , dərman , ətriyyat , kosmetika, geyim , ərzaq və digər məhsullarının təklif edə bilər . Eyni zamanda da tələbatı artan Bolqarıstan bazarı Azərbaycan və bütövlükdə bütün dünya üçün açüqdır .

- Qonşularınız olan Polşa və Rumıniya GUAMla əməkdaşlığın intensivləşməsində maraqlıdırlar . Bolqarıstanın bu məsələyə münasibəti necədir ?

- Üzv ölkələrin iqtisadi stabilliyinin yaxşılaşmasında və bu ölkələrdə demokratik proseslərin yayılmasında GUAMın rolunu yüksək qiymətləndirirəm . GUAM ölkələrində olan hərəkətlər Bolqarıstanın diqqət mərkəzindədir , təşkilatın bütün tədbirlərində bolqarıstan qonaq qismində iştirak edib . Eyni zamanda GUAMın hər bir ölkəsilə ayrılıqda çox gözəl münasibətlərimiz var.

Sizi inandırmaq istərdim ki , Bolqarıstan bütün GUAM ölkələrilə əməkdaşlığı hazırdır .

- Azərbaycanın Avropa eneji təhlükəsizliyində oynadığı vacib rol Bolqarıstan və Azərbaycanı necə daha da yaxınlaşdıra bilər ?

- AB ümumi iqtisadi siyasətinin qəbul edilməsi vacibliyi göz qabağındadır. Dəqiq formalaşdırılmış və təşkil olunmuş enerji siyasəti AB üçüncü ölkələrlə münasibətlərində maraqlarının və enerji təminatın zəmanətidir. Xəzər regionu enerji ehtiyatları və bu sahədə Cənubi Qafqaz və Qara dəniz ölkələrilə əməkdaşlıq AB üçün çox vacib bir məsələdir. Burada mən Azərbaycanla AB arasında əməkdaşlığı qeyd etmək istərdim. 2006-cı ildə mühüm razılaşma Memorandumun imzalanmasını yada salmaq lazımdır. Və bu məsələdə Bolqarıstanının vacib bir tranzit ölkəsi olmasını qeyd etmək istərdim. Bolqarıstan ərazisində kəsişən kifayət qədər çox beynəlxalq infrasturtur layihələri mövcuddur. Onların gələcəkdə reallaşması Avropaya təhlükəsiz enerji ixracatını genişləndirməyi imkan yaradacaq. Hesab edir ? m ki , Az ? rbaycanla Bolqar ? stan ? n bu sah ? d ? ? m ? kda s l ?g? ucu n geni s imkanlar m o vcuddur v ? Avropa I ttifaq ? X? z ? rin enerji resurslar ? n ? n Qara d ? nizd ? n ke c m ? kl ? Avropa bazar ? na c? xar ? lmas ? sah ? sind ? bu ? m ? kda s l ?g? o z u ucu n prioritet hesab edir . Az ? rbaycan ? n NABUCCO layih ? sinin ilkin m ? rh ? l ? sind ? laz ? mi miqdarda qaz n ? qlin ? raz ? l ? q verm ? sinin d ? Avropa I ttifaq ? ucu n prioritet ? h ? miyy ? tini s o yl ? m ? k laz ? md ? r .

Xəbər lenti

Xəbər lenti