...

YAP funksioneri 4 müxalifətçi partiyanı ədalətsizlikdə günahlandırdı

Siyasət Materials 9 Noyabr 2007 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Hakim Yeni Azərbaycan Pariyasının sədr müavini və icraçı katibi Əli Əhmədov bildirib ki, 4 müxalifət partiyasının Seçki Məcəlləsinin müzakirələrinə qatılmaması heç nəyi dəyişməyib.

AXSP, ALP, ADP və Müsavat partiyaları, Seçki Məcəlləsinin müzakirələrinə dair tədbirin geniş formatda keçirilməsinə etiraz olaraq, görüşə qatılmayıblar.

Əhmədov hesab edir ki, həmin partiyalar ən azı qarşı tərəfin fikirlərini dinləmək üçün bu görüşdə iştirak etməli idilər. "Bu, onların tərəfindən ədalətsiz, düzgün olmayan addm idi. Amma yalnız onu dəyişdi ki, 4 iştirakçı az oldu",- deyə Əhmədov bildirib.

Xəbər lenti

Xəbər lenti