...

Çin Tehranın nüvə proqramını dəstəkləyərək, İranın iqtisadi bazarını ələ keçirdi - parlament eksperti

Siyasət Materials 14 Noyabr 2007 17:09 (UTC +04:00)
Çin Tehranın nüvə proqramını dəstəkləyərək, İranın iqtisadi bazarını ələ keçirdi - parlament eksperti

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ Çin BMT Təhlükəsizlik Şurasının sanksiyalrına qarşı çıxaraq və İranı müdafiə edərək, bu ölkənin bir nömrəli ticarət partnyoruna çevrilir. "Çın Qərbin sanksiyalarına qoşulmamaq və İranı himayət etməklə, bu ölkənin iqtisadi bazarını ələ keçirdi", - İran parlamentinin iqtisadi eksperti Cəmşid Pəjuyan bildirib.

Çinin xarici işlər naziri Tehrana səfər edərək bildirib ki, Çin İranın sülhməramlı nüvə planını dəstəkləyir və bu ölkə ilə iqtisadi əlaqələrin inkişafında maraqlıdır. İranın "Farsnews" agentliyinin məlumatına əsasən, İranın bir nömrəli iqtisadi şəriki olan Almaniyanın yerini Çin tutmaqdadır.

Pəjuyan çərşənbə günü Tehrandan telefonla Trend ə bildirib ki, BMT Təhlükəsizlik Şurasının və həmçinin, İrana qarşı sanksiyaları ilə, ABŞ və Avropa bu ölkədə iqtisadi bazarlarını itirib və Çin şirkətləri rəqibsiz və rəqabətsiz bir şərayitdə İranın iqtisadi bazarlarını ələ keçirib.

Noyabrın 12-də Britaniyanın xarici işlər naziri Qordon Braun verdiyi bəyanatda İranın neft sənayesinə sanksiya qoymağı təklif edib.

Pəjuyanın fikrincə, İranın uranın zənginləşdirilməsi planının qarşısını almaq üçün tətbiq olunan sanksiyalar və xüsusilə, neft sənayesinə qoyulan sanksiyalar bir oqədər də təsirli deyil. "Hazırda İraq, Rusiya və Səudiyyə Ərəbistanı, İranın iştirakı olmadan, dünyanın neft təlabatını təmin edə bilməzlər. Sanksiyalar birmənalı şəkildə İranın neft istehsalının qabağını ala bilməz, ancaq neft sənayesində inkişafa mane ola bilər", - deyə Pəjuyan bildirib.

Digər İran iqtisadi eksperti Bijən Bidabad isə, Tehrandan telefonla Trend ə bildirib ki, İrana qarşı sanksiyaların tətbiqi yeni deyil və İran bu sanksiyaların vuracağı zərərdən yayınmağı bacarır. "İran Qərb tərəfdən təcrid olunsa da, Şərqdə olan iqtisadi müttəfiqləri ilə əməkdaşlığı davam edir və hazırda İran üçün ən əlverişli seçim Çindir. Sanksiyalar İranın idxal siyasətinə və bir qədər də inflyasiyaya təsir edib. Bu isə, bir o qədər də təhlükəli deyil", - deyə Bidabad bildirb.

Hər iki ekspertin fikrincə, İranın neft sənayesinə qoyulan sanksiya İranın neft gəlirlərinə hələlik təsir edə bilməz. Buna baxmayaraq, Pəjuyan belə hesab edir ki, Çin İranın inkişafında Avropa qədər rol oynaya bilməz. "Çin sənayesi Avropa qədər inkişaf etməyib və İran Avropa ilə iqtisadi münasibətlərinə daha çox əhəmiyyət verməlidir", - deyə, Pəjuyan bildirib. Bidabad isə bildirib ki, Avropanın İranla iqtisadi əlaqələrini kəsməsi hər iki tərəfə ziyandır. Almaniya keçən il İranla ticarətdən 6 milyard dollar qazanıb. Bu da kiçik rəqəm deyil, - deyə Bidabad bildirib.

Xəbər lenti

Xəbər lenti