...

Benita-Ferrero Valdner: Avropa Birliyi Gürcüstanda baş verən hadisələrdən narahatdır

Siyasət Materials 15 Noyabr 2007 06:25 (UTC +04:00)
Benita-Ferrero Valdner: Avropa Birliyi Gürcüstanda baş verən hadisələrdən narahatdır

Fransa, Strasburq / Trend müxbir A.Məhərrəmli/ Avropa Birliyi Gürcüstanda baş verən hadisələrdən narahatdır. Bu sözləri çərşənbə günü Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasında Avropa Birliyinin Xarici Əlaqələr üzrə komissarı Benita-Ferrero Valdner deyib. Valdner etiraz aksiyasına son qoymaq üçün təhlükəsizlik qüvvələrinin hərəkətlərini, güc tətbiq edilməsini, habelə müstəqil televiziya kanallarının bağlanmasını pisləyib. O qeyd edib ki, bütün bunları araşdırmaq üçün müstəqil təhqiqat aparmaq lazımdır.

"Biz həmçinin fövqəladə vəziyyətin qüvvədə qalmasından və mətbuat azadlığının məhdudlaşdırılmasından narahatlıq keçiririk. Konstitusiyada nəzərdə tutulan hüquqları ləğv etmək, radio və televiziya kanallarını bağlamaq ağır tədbirlərdir və bunlar AB-nin Gürcüstanla ikitərəfli əlaqələrinin əsasında duran demokratik dəyərlərə uyğun deyil. Gürcüstan bu dəyərlərə hörmət edəcəyi ilə bağlı öhdəlik götürüb"- deyə o bildirib.

Valdner həmçinin Gürcüstandakı qüvvələri siyasi mübarizəni demokratik prinsiplər əsasında və danışıqlar çərçivəsində aparmağa çağırıb.

Gürcüstandakı vəziyyətlə bağlı məsələ AB Nazirlər Şurasının növbəti iclasının gündəliyinə salınacaq.

Xəbər lenti

Xəbər lenti