...

AMİP sədri İsa Qəmbəri və Sərdar Cəlaloğlunu müxalifətin birliyini pozmaqda günahlandırır

Siyasət Materials 15 Noyabr 2007 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmov Müsavat başqanı İsa Qəmbəri, ADP sədri Sərdar Cəlaloğlunu müxalifətin birliyini pozmaqda günahlandırır. Bu barədə cümə axşamı Trend ə Ayaz Rüstəmov açıqlama verib.

O hesab edir ki, dörd partiyanın (AXCP, ALP, ADP və Müsavat) Seçki Məcəlləsinin müzakirələrinə dair toplantıda müxalifət adından yalnız özlərinin iştirak etməsi tələbləri iqtidar tərəfindən idarə olunan addım idi: "Müstəqil olan siyasi liderlər müxalifətin birliyinə çalışardı, amma onlar həlledici məqamlarda dağıdıcılıqla məşğul olurlar. Görünür, onların bu hərəkəti iqtidar tərəfindən idarə olunur" - deyə AMİP sədri bildirib.

O əlavə edib ki, bu partiyaların özlərini yeganə müxalifət partiyaları kimi bəyan etməsi xoşagəlməz və təhlükəli iddialardır.

Müsavat və ADP bir müddət əvvəl AMİP-lə birgə məşvərət məclisi adlı qurumda təmsil olunurdular. Məşvərət məclisi Seçki Məcəlləsinə dair vahid təkliflər hazırlamaq qərarına gəlmişdi. Lakin ADP və Müsavat sonradan "Azadlıq" blokunda təmsil olunan AXCP və ALP ilə birgə təkliflər hazırladılar və "dördlər" birlikdə seçki qanunverciliyinin müzakirələrinə dair noyabırn 7,8 və 9-da keçirilən toplantıları boykot etdilər.

Rüstəmov bildirib ki, Qəmbər və Cəlaloğlunun birgə fəaliyyəti müxalifətin birliyinə, inkişafına mane olur.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti