...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Siyasət Materials 16 Noyabr 2007 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin noyabrın 15-də qiyməti 1 barel üçün 90,16 dollara çatıb. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumata görə, cümə axşamı neftin qiyməti, çərşənbə gününə nisbətdə, 1 barrel üçün 0,38 dollar aşağı düşüb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, AZERI LT FOB Ceyhan-ın noyabrın 15-də qiyməti 1 barel üçün 89,12 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,47 dollar aşağıdır.

Azərbaycan neftin URAL növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ spesifikliyinə görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Noyabrın 15-də URAL neftinin qiyməti 1 barel üçün 86,66 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,43 dollar aşağıdır.

Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin noyabrın 15-də qiyməti 1 barel üçün 90,36 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,41 dollar aşağıdır.

Xəbər lenti

Xəbər lenti