...

Azərbaycan və Ermənistan prezidentlərinin sülh razılaşması imzalamayacağı təqdirdə vəziyyət pisləşə bilər – Beynəlxalq Böhran Qrupu

Siyasət Materials 16 Noyabr 2007 20:40 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentlərinin sülh razılaşması imzalamayacağı təqdirdə vəziyyət pisləşə bilər – Beynəlxalq Böhran Qrupu

Böyük Britaniya, London / Trend , müxbir G. Əhmədova/ Beynəlxalq Böhran Qrupunun Avropa Proqramının direktoru Sabina Frayzer Trend ə müsahibəsində bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas prinsiplərinin əks olunduğu razılaşma barədə razılığa gəlməlidirlər.

"Prezidentlər bu sənəd barədə artıq 3-4 ildir ki, danışırlar, lakin indiki vəziyyətdə tərəflərin münaqişənin həlli ilə bağlı sənəd imzalanması və ya bu sənəd barədə razılığa gəlmələri vacibdir" - deyə Frayze bildirib.

Cari danışıqlar- "Praqa prosesi" 2004-cü ilin aprel ayında Stiven Mənin həmməruzəçi postuna təyin olunması ilə başlanıb, bu ərəfədə Praqada Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüşlər başlanırdı. Azərbaycandan fərqli olaraq, erməni tərəfi münaqişənin mərhələli şəkildə həllini nəzərdə tutan Praqa prosesinin əleyhinədir.

Hər iki ölkədə keçiriləcək seçkilərə gəlincə isə, Frayzer qeyd edib ki, münaqişə seçkilərə qədər həll olunmalıdır. "Prezidentlər öz xalqlarına sübut etməlidirlər ki, münaqişəni sülh yolu ilə həll etmək lazımdır" - deyə Frayzer bildirib.

Dağlıq Qarabağ münaqişəsi üzrə Beynəlxalq Böhran Qrupunun hesabatında bildirilir ki, "Ermənistan və Azərbaycan öz hərbi imkanlarını genişləndirir və heç bir tərəf kompromis variantının vaxtının çatdığını hesab etmir". "Hər iki tərəfin silah-sursatının sayının artması təhlükə deməkdir və belə bir təsəvvür yaranır ki, 5-10 ildən sonra müharibə başlana bilər" - deyə Frayzer qeyd edib.

Onun sözlərinə görə, bu, münaqişə ilə bağlı müzakirələrə başlamaq vaxtının gəlib çatdığını göstərir. "Bizim məqsədimiz münaqişə ilə bağlı vəziyyəti münaqişə tərəflərinin əhalisinin diqqətinə çatdırmaqdır" - deyə Beynəlxalq Böhran Qrupunun Avropa Proqramının direktoru qeyd edib.

Bizim hesabatda elə məqamlar var ki, həm erməni tərəfini, həm də Azərbaycan tərəfini qane etmir" - deyə o bildirib. Frayzerin sözlərinə görə, Beynəlxalq Böhran Qrupunun nümayəndələri 2008-ci ilin əvvəlində Azərbaycana səfər edəcəklər.

2007-ci ilin əvvəlində Sabina Frayzer Beynəlxalq Böhran Qrupunun Avrorpa üzrə proqramınnı direktoru, təşkilatın prezidentinin müavinri təyin olunub.

Münaqişələrin həll edilməsi üzrə Beynəlxalq Qrup beş qitədə 110-dan çox əməkdaşı olan müstəqil qeyri-kommersiya təşkilatıdır. Təşkilatın məqsədi dünya ictimaiyyətinin proqozlaşdırma bacarıqlarını artırmaq, münaqişələrin həlli istiqamətində tədbirlər görməkdir. Təşkilatın mənzil- qərargahı Brüsseldə yerləşir, təşkilatın hazırki prezidenti Avstraliyanın keçmiş xarici işlər naziri Qaret Evansdır.

Xəbər lenti

Xəbər lenti