...

Türkiyənin futbol üzrə yığması səfərdə vacib qələbə qazanıb

Siyasət Materials 18 Noyabr 2007 00:34 (UTC +04:00)
Türkiyənin futbol üzrə yığması səfərdə vacib qələbə qazanıb

Azərbaycan, Bakı / Trend /Avro-2008-in seçmə mərhələsi çərçivəsində daha bir oyun sona çatıb. Osloda C qrupunda Norveç və Türkiyə yığmaları üz-üzə gəlib. Bu oyun hər iki komanda üçün son dərəcə əhəmiyyətli olduğu üçün meydanda amansız döyüş gedib. Bu qarşılaşmada məğlubiyyət türklər üçün faciəyə bərabər idi. Bu səbəbdən də onlar rəqibi yenmək üçün maksimum səy göstərmək məcburiyyətində qalıblar.

Dramatik və maraqlı keçən oyunda idman fortunası Fatih Terimin yetirmələrinin üzünə gülüb. 12-ci dəqiqədə qapılarında qol görən türklər bundan sonra sınmayaraq səylərini gücləndiriblər və 31-ci dəqiqədə Əmrə Belözoğlunun qolu ilə hesabı bərabərləşdirə biliblər.

İkinci hissə də çox maraqlı keçib. Norveçlilər rəqibini "sındırmaq" istəsələr də, bu, onlara baha başa gəlib. Belə ki, 60-cı dəqiqədə Nihat Kahveci komandasının ikinci qolunu vuraraq oyunun taleyini həll edib. Bu qələbə Türkiyə yığmasına qrupda ikinci yerə yüksəlməyə imkan verib.

Xəbər lenti

Xəbər lenti