...

Gəncənin polis rəisi vəzifəsindən uzaqlaşdırılıb

Siyasət Materials 20 Noyabr 2007 17:55 (UTC +04:00)
Gəncənin polis rəisi vəzifəsindən uzaqlaşdırılıb

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Gəncə şəhərinin polis rəisi tutduğu vəzifəsindən uzaqlaşdırılıb. "Gəncənin polis rəisi Qərib Həsənov vəzifəsindən çıxarılıb" çərşənbə axşamı Trend ə Gəncə şəhər Baş Polis İdarəsindəki mənbələrdən bildirilib.

Həsənov 1996-cı ildən Gəncənin polis rəisi vəzifəsində çalışırdı. İşlədiyi dövrdə şəhərin vətəndaşları tərəfindən onun fəaliyyəti ilə bağlı daxili işlər naziri Ramil Usubova şikayət daxil olub. Son bir ayda Gəncədə ölümlə nəticələnən iki ağır cinayət baş verib.

Daxili İşlər Nazirliyindən isə Trend ə bildiriblər ki, Həsənov yaş həddinə görə təqaüdə göndərilib.

Xəbər lenti

Xəbər lenti