...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Siyasət Materials 23 Noyabr 2007 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 22-də saat 09.14-dən 09.55-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 23.15-dən noyabrın 23-ü saat 01.45-dək fasilələrlə Füzuli rayonunun Qaraxanbəyli və Alxanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, saat 01.00-dan 01.10-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə cümə günü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti