...

20 partiyanı birləşdirən yeni format müxalifət adına iddia edir

Siyasət Materials 23 Noyabr 2007 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ 20-ə yaxın müxalifətçi partiyanın məşvərət qurumu Azərbaycan müxalifəti adına iddia edir. Bu barədə cümə günü Trend ə "Bizim Azərbaycan" Blokunun sədri, Türk Millətçi Partiyasının başqanı Vüqar Bəyturan açıqlama verib.

Cümə axşamı 20-ə yaxın siyasi partiyanın - "Bizim Azərbaycan" Blokuna daxil olan 8 partiya (TMP, AAP, DŞP, YTP, AFP, DSXP, XQP, TDBP), "Azərbaycan Yolu" Siyasi Hərəkatı, Demokratiya Uğrunda İttifaqın üzvləri -- KXCP, AMDP və Azadlıq partiyaları, Böyük Quruluş, Açıq Cəmiyyət, Ümid, Sosial Demokrat, Tərəqqi, BAXCP, Böyük Azərbaycan partiyaları rəhbərlərinin iştirakı ilə toplantı keçirilib.

Bəyturan bildirib ki, Bizim Azərbaycan" bloku və Demokratiya Uğrunda İttifaqın təşəbbüsü ilə başlanmış müxalifət qüvvələrinin məşvərət xarakterli toplantıları keçirilir. Dünənki görüş də bu təşkilatların ölkədə seçki mühitinin və Seçki Məcəlləsinin demokratikləşdirilməsi, seçki komissiyalarının tərkibinin ədalətli şəkildə formalaşdırılması ilə bağlı, növbəti məşvərət toplantısı idi.

Bəyturanın sözlərinə görə, son toplantıda 20-lik formatının gələcək birgə fəaliyyət istiqamətləri müzakirə olunub, qərara alınıb ki, bloklaşma prosesi bir müddət təxirə salınsın. Toplantıda iştirak edən partiylar bir-birlərinə qarşı əks-təbliğat aparmamaq, siyasi münasibətləri sivil metodlarla davam etdirmək barədə yaxın günlərdə saziş imzalamağı qərara alıblar.

Toplantıda, həmçinin, razılığa gəlinib ki, 20-lik formatının Azərbaycanda müxalifətçilik missiyasını öz üzərinə götürməsinə hazırlıq aparılsın.

İri müxalifət partiyaları hesab olunan bəzi təşkilatlar - Müsavat, AXCP, ADP, ALP bu yeni formata daxil deyil.

Xəbər lenti

Xəbər lenti