...

Jurnalistlərin mitinqi qanun çərçivəsində keçiriləcəksə, onu normal qarşılayırıq - Prezident Aparatı rəsmisi

Siyasət Materials 28 Noyabr 2007 18:01 (UTC +04:00)
Jurnalistlərin mitinqi qanun çərçivəsində keçiriləcəksə, onu normal qarşılayırıq - Prezident Aparatı rəsmisi

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan hakimiyyəti jurnalistlərin, ictimai təşkilatların insan haqlarının müdafiəsi ilə bağlı dekabrın 8-də keçirəcəyi icazəli mitinq keçirməsinə etiraz etmir. Bu barədə çərşənbə günü Trend ə açıqlamasında Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənov bildirib.

"Əgər bu tədbir qanun çərçivəsində keçiriləcəksə, biz onu normal qarşılayırıq"-deyə Həsənov bildirib.

QHT və media qurumlarından ibarət altı ictimai təşkilat 10 dekabr- Ümumdünya insan haqları günü münasibətilə dekabrın 8-də Bakının "Ukrayna" meydanında mitinq keçirməyi planlaşdırır. Aksiyanın təşkilatçıları hesab edirlər ki, Azərbaycanda insan haqları pozulur, jurnalistlərin həbsi söz və mətbubat azadlığının boğulması məqsədilə həyata keçirilir.

Həsənov bildirib ki, Azərbaycanda insan haqları ilə bağlı həyəcan təbili çalınmasına ehtiyac yoxdur. Onun fikrincə, medianın problemlərində siyasi səbəblər axtarmaq düzgün deyil. Həsənov əlavə edib ki, hakimiyyət mətbu orqanların sərbəst fəaliyyət göstərməsinə şərait yaradıb, ona görə də söz azadlığının boğulmasından söhbət gedə bilməz.

Həsənov bildirib ki, hakimiyyət mətbuatın inkişafına yardım məqsədilə, proqram üzərində işləyir və gələn ildən onun icrasına başlanılacaq. Bu proqram çərçivəsində. mətbu orqanlara maddi yardımlar göstəriləcək, onların reklam bazarının tənzimlənməsinə səy göstəriləcək.

Xəbər lenti

Xəbər lenti