...

Ekspert: "Ukrayna Parlamentində əksəriyyətin formalaşması prosesinə nöqtə qoymaq hələ tezdir"

Siyasət Materials 30 Noyabr 2007 13:27 (UTC +04:00)
Ekspert: "Ukrayna Parlamentində əksəriyyətin formalaşması prosesinə nöqtə qoymaq hələ tezdir"

Ukrayna, Kiyev / Trend müxbir Z.Novosvitski/ Ukraynanın Ali Radasında koalisiyanın yaradılması, onun rəsmi olaraq formalaşdırılması üçün tələb olunan lazimi sayda imzanın toplanmasına baxmayaraq, bu prosesə nöqtə qoymaq hələ tezdir. Bu fikirləri "Penta" Tətbiqi Siyasi Tədqiqatlar Mərkəzinin İdarə Heytəinin sədri Vladimir Fesenko bildirib.

Ukrayna Parlamentində əksəriyyətin formalaşdırılması 2007-ci il noyabrın 29-da elan olunub. Parlament koalisiyasına iki fraksiya daxil olub - Yuliya Timoşenko Bloku və "Bizim Ukrayna - Xalq Özünümüdafiə" (BU-XÖ).

"Birincisi, çox nüfuzlu və etibarlı İvan Plyuş buna artıq qol çəkməyib və kim deyə bilər ki, bundan sonra onun kimi digər şəxslər ortaya çıxmayacaq" - deyə Fesenko Trend ə müsahibəsində bildirib.

Ekspertin rəyinə görə, bundan əlavə Regionlar Partiyası boş oturmayacaq. Onlar həm YTB, həm də BU-XÖ-də ayrı-ayrı deputatlarla məqsədyönlü fərdi iş aparacaqlar.

"Digər tərəfdən bu fərdi iş, həmçinin koalisiya tərkibində daxili ziddiyyətlər baş nazir postuna namizədliklə bağlı səsvermə zamanı ortaya çıxa bilər. "Buna görə Timoşenkonun Ali Radada səsvermə zamanı bir və ya iki səs az toplama riski mövcuddur" - deyə ekspert əlavə edib.

Ukrayna siyasi arenasındakı prosesləri şərh edən Fesenko Arseni Yaçenyukun (hazırda Ukraynanın Xarici Siyasət İdarəsinə rəhbərlik edir) Ali Radaya sədr postuna namizədliyini uğurlu hesab edir. "Spiker seçilmək üçün Yaçenyukun yaxşı şansı var. Onun bu vəzifəyə təsdiq olunması Timoşenkonun baş nazir postuna bərqərar olma şansını artırır" - deyə Fesenko bildirib.

Bununla yanaşı o qeyd edib ki, BU-XÖ fraksiyasının daxilində onun rəhbərliyi ilə prezident katibliyi arasında münaqişə qalmaqdadır. Məhz bu problem perspektivdə ola bilər və koalisiya üçün də problem yarada bilər. "Əgər birdən BU-XÖ fraksiyası parçalanarsa, bu, avtomatik olaraq böhran və ya hətta koalisiyanın dağılması kimi qəbul olunacaq" - deyə ekspert vurğulayıb.

Xəbər lenti

Xəbər lenti