...

Bu il 27 yol polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib

Siyasət Materials 5 Dekabr 2007 11:08 (UTC +04:00)

Azərbaycan,Bakı Trend müxbir K.Zərbalıyeva/ Pozuntulara yol verdiyinə görə bu il ərzində 27 Dövlət Yol Polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib.

Daxili İşlər Nazirliyindən çərşənbə günü Trend ə bildirilib ki, neqativ əməllərə yol verdiklərinə, habelə xidməti fəaliyyəti tənzimləyən normativ-hüquqi aktların tələblərini kobud şəkildə pozduqlarına görə, 197 yol polisi əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.DYP əməkdaşları tərəfindən xidmətlə bir araya sığmayan hərəkətlərə, hüquqazidd əməllərə yol verilməməsi, insan və vətəndaş hüquq, azadlıqlarının qorunmasına nəzarətin gücləndirilməsi kimi məsələlərin DİN rəhbərliyinin daim diqqətində olduğu bildirilir.

DİN-dən bildirilib ki, bu xidmətə qəbul olunan yol polisi əməkdaşları üçün xüsusi proqram üzrə təşkil edilmiş hazırlıq kurslarına cəlb olunur və bu kurslarda onlara Baş Dövlət Yol Polisi İdarəsinin təcrübəli, peşəkar əməkdaşları tərəfindən keçirilən təlim məşğələlərində hərəkət iştirakçıları ilə qarşılıqlı münasibətlərin qurulması məsələlərinə xüsusi yer ayrılır.

Xəbər lenti

Xəbər lenti