...

Nyu-Yorkda GUAM-ın 10 illiyi qeyd olunub

Siyasət Materials 5 Dekabr 2007 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / ABŞ-ın işgüzar və elmi dairələrində hesab edirlər ki, GUAM beynəlxalq arenada möhkəmlənib və digər beynəlxalq təşkilatlar sırasında layiqli yer tutub. Çərşənbə günü Nyu-Yorkdan elektron poçtla Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehtiyev bildirib ki, bu barədə Nyu-Yorkda GUAM-ın yaranmasının 10 illiyinə həsr olunmuş "Xəzər və Qara dəniz regionunda regional əməkdaşlıq" konfransında qeyd olunub.

Nyu-York Universitetində keçirilən konfransda politoloqlar, Amerika universitetlərinin aparıcı nümayəndələri iştirak ediblər. GUAM ölkələrini Azərbaycan və Ukraynanın BMT-dəki daimi nümayəndələri, Gürcüstan və Moldovanı isə daimi nümayəndəliklərindən olan şəxslər təmsil edib.

Konfransı ölkə təmsilçisi və GUAM-ın hazırkı sədri Mehtiyev açıb. O, GUAM-ın ötən dövr ərzində fəaliyyəti, əldə edilən uğurları və problemləri barədə danışıb. Mehtiyev Azərbaycanın enerji tədarükünün diversifikasiyası üzrə siyasəti, bu sahədə GUAM üzrə tərəfdaşlar, qonşu ölkələr və beynəlxalq təşkilatlar ilə əməkdaşlığa dair məlumat verib.

Konfransda Ermənistanın Azərbaycana qarşı arası kəsilməyən təcavüzünün ciddi problemlər yaratdığı və bunun regional əməkdaşlığı dayandırdığı qeyd olunub.

Konfrans iştirakçıları iqtisaid planlar və GUAM ölkələrinin inkişafı, qlobal enerji diversifikasiyasında GUAM-ın yeri, GUAM ərazisində "dondurulmuş münaqişələr"ə dair birgə diskussiyalar aparıblar.

Xəbər lenti

Xəbər lenti