...

Azərbaycan Parlamentində müxalifət qrupunun yaradılması mümkün olmayıb

Siyasət Materials 5 Dekabr 2007 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentində müxalifətin mövqeyini ifadə etmək, müxalifət adından sənədlər hazırlamaq üçün müxalifətçi deputatların vahid qrupunu yaratmaq mümkün olmayıb. "Müsavat rəhbərliyinin partiyanı təmsil edən deputatların müxalifətin daha geniş tərkibli qrupunda təmsil olunmasına razılıq verməməsi, hakimiyyətin bəzi deputatlara təzyiq göstərməsi Parlamentdə qrup yaratmağa imkan vermədi" - deyə çərşənbə günü Trend ə açıqlamasında Parlamentdə müxalifəti təmsil edən Müsavat deputat qrupunun üzvü, millət vəkili Pənah Hüseyn bildirib.

Azərbaycan parlamentində 17 nəfər müxalifətçi deputat var. Hazırda beş nəfərdən ibarət Müsavat deputat qrupu fəaliyyət göstərir.

Millət vəkili bildirib ki, Müsavat rəhbərliyinin partiyanı təmsil edən deputatların yeni yaradılacaq qrupda təmsil olunmasına razılıq verməməsi gözlənilməz olub: "Bu mövqe ciddi arqumentlərlə əsaslandırılmadı".

Hüseyn qeyd edib ki, bəzi deputatlar əvvəlcə müxalifətin daha geniş qrupunun yaradılması prosesində iştirak etməyə razılıq versələr də, sonradan bundan imtina ediblər. O, həmin millət vəkillərinin adını açıqlamayıb.

Xəbər lenti

Xəbər lenti