...

ABŞ Kürd Fəhlə Partiyasına qarşı hərbi güc tətbiq edə bilər – amerikalı professor

Siyasət Materials 1 Dekabr 2007 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Əgər İraq kürdləri ABŞ Dövlət departamentinin terrorçu təşkilat adlandırdığı Kürd Fəhlə Partiyasına (KFP) qarşı mübarizə aparmaqda ABŞ - a kömək etmək istəməsələr, ABŞ KFP-in dayaq nöqtələrini bombardman edəcək. Amerikalı professor, Vaşinqtondakı Sülh İnstitutunun (United States Institute of Peace in Washington) yüksək vəzifəli nümayəndəsi Amatsiya Baram (Amatzia Baram) belə hesab edir. Türkiyə separatçı KFP -nın döyüşçülərini ləğv etmək üçün, Şimali İraqa mümkün hərbi müdaxilə barədə bir neçə dəfə bəyanat verib. Oktyabrın ortalarında ölkə parlamenti Şimali İraqa müdaxiləyə icazə verib. Türkiyə hökuməti, İraq hökuməti problemi həll edərsə, Kürdüstanda hərbi əməliyyat keçirməkdən imtina edəcəyi barədə bəyanat verib. Lakin Bağdad bazaları , əsasən, dağlarda yerləşən KFP döyüşçüləri ilə bacara bilməyəcəklərini etiraf edib. Türkiyə əsgərlərinə edilən hücumlardan sonra, ölkə parlamenti İraqın şimalında xüsusi hərbi əməliyyat keçirmək barədə qərar qəbul edib. Sərhədə türk ordusunun böyük hərbi qüvvələri gətirilsə də, əməliyyat hələ də başlamayıb. Birləşmiş Ştatların Dövlət Katibi Kondoliza Rays terrora qarşı mübarizədə ABŞ - ın Türkiyəni dəstəkləməyə hazır olduğunu bildirib. Çərşənbə günü Baram Vaşinqtondan telefonla Trend ə İraq-Türkiyə sərhəddində KFP -nin bazalarının ləğv edilməsi üçün ABŞ - ın, İraqın Kürd muxtar əyaləti ilə əməkdaşlığa dair öhdəliyinin olduğunu bildirib. "Əgər İraq KFP-yə qarşı mübarizə aparmaqdan imtina etsə, ABŞ əməliyyat keçirmək üçün türk ordusunun İraqa məhdud müdaxiləsinə icazə verməyə məcbur olacaq"-ekspert bildirib. Bağdaddakı İraq hökumətinə gəldikdə isə, Baram onların paytaxtı idarə edə bilmədikləri halda, Bağdaddan yüz mil şimalda yerləşən yüksək dağlı Kürdüstanı da idarə edə bilməyəcəklərini düşünür. Türkiyə hökuməti noyabrın 30 - da antiterror əməliyyatının keçirilməsini təsdiq edib və bir neçə saatdan sonra artilleriya və vertolyotlar kürd döyüşçülərinin mövqelərini atəşə tutub. Türk tərəfi əməliyyatın məqsədlərinin yerinə yetirildiyini və düşmənin ağır itki verdiyi haqda məlumat verib. KFP - ın nümayəndələri əvvəlcə Türkiyənin hücum faktını inkar etsələr də, sonra raket-bomba zərbəsi olduğunu etiraf ediblər. Lakin onların sözünə görə, kürdlər tərəfdən zərər çəkən yoxdur.

Xəbər lenti

Xəbər lenti