...

Cənubi Qafqaz ölkələrinin ərazi bütövlüyü ilə bağlı beynəlxalq müzakirə keçiriləcək

Siyasət Materials 6 Dekabr 2007 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Gələn ilin martında Tbilisidə keçiriləcək Türkiyə, Cənubi Qafqaz və Avropada təhlükəsizlik məsələlərinə həsr olunmuş beynəlxalq toplantıda ölkələrin ərazi bütövlüyü problemi müzakirə ediləcək. Bu barədə Trend ə beynəlxalq konfransın təşkilatçısı olan "Gənc diplomatlar, iş adamları, alimlər, hüquqşünasların beynəlxalq assosiasiyası" beynəlxalq qurumunun baş katibi Nabat Qaraxanova məlumat verib.

Bu konfrans üçillik layihə çərçivəsində həyata keçirilir. Layihə ötən il İstanbulda keçirilmiş konfransla başlayıb. Həmin toplantıda Azərbaycan torpaqlarının işğalı barədə də müzakirələr aparılmışdı. Gələn il martın 26-27 və 28-də Tbilisidə keçiriləcək konfransda beynəlxalq təşkilatların, ABŞ-ın Cənubi Qafqazda rolu, enerji təhlükəsizliyi, həmçinin ölkələrin ərazi bütövlüyü məsələləri müzakirə olunacaq. Beynəlxalq konfransda NATO, Avropa Birliyi və digər beynəlxalq təşkilatların, həmçinin Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan, AB-yə üzv ölkələrin rəsmi və qeyri-rəsmi nümayəndələrinin iştirakı planlaşdırılır.

Qaraxanovanın sözlərinə görə, layihənin üçüncü hissəsi kimi 2009-cu ildə Brüsseldə sonuncu beynəlxalq konfrans keçiriləcək, müzakirələr əsasında ümumi rəyə gəlinəcək, qərarlar qəbul ediləcək. Həmçinin üçillik konfransların yekunu kimi kitab nəşr olunacaq.

Xəbər lenti

Xəbər lenti