...

Qazaxıstan ATƏT-ə sədrlik etdiyi dövrdə regionlar və təşkilat arasında daha sıx münasibətlər yaratmaq niyyətindədir

Siyasət Materials 7 Dekabr 2007 13:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Qazaxıstanın 2010-cu ildə ATƏT-ə sədrlik etməsi ölkənin inkişafına əsaslanan böyük uğurdur. Bu barədə cümə günü jurnalistlərə Qazaxıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Arman Kairbekov Qazaxıstanın ATƏT-də sədrlik etməsinə dair qəbul olunan qərara münasibət bildirərkən məlumat verib.

"ATƏT-in üzv dövlətlərinin konsensusu ölkənin etnik azlıqlar və dinlər arasında olan razılığa, Qazaxıstan cəmiyyətində siyasi sabitliyi təmin edən daxili siyasətin düzgünlüyünün etiraf edilməsinə əsaslanıb" - deyə Kairbekov bildirib.

"Qazaxıstan ATƏT-in sədri seçilən ilk keçmiş-sovet ölkəsidir. Qazaxıstanın ATƏT-ə sədrlik etdiyi dövrdə təşkilat Asiyada baş verən hadisələr barədə bilikləri artırmaq, regional təhlükəsizlik və əməkdaşlıq qurumları ilə daha sıx tərəfdaşlıq əlaqələri yaratmaq imkanlarına malik olacaq" - deyə Kairbekov bildirib.

Xəbər lenti

Xəbər lenti