...

Parlamentin vitse-spikeri hüquq müdafiəçilərini siyasi məhbus alverində ittiham edib

Siyasət Materials 7 Dekabr 2007 14:48 (UTC +04:00)
Parlamentin vitse-spikeri hüquq müdafiəçilərini siyasi məhbus alverində ittiham edib

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamenti sədrinin birinci müavini ölkədə fəaliyyət göstərən hüquq müdafiəçilərini insan hüquqları və siyasi məhbus alverində günahlandırıb.

"Azərbaycanda hüquq müdafiəçiləri adı altında insan hüquqları alverçiləri və dəllalları fəaliyyət göstərir", deyə Parlamentin cümə günü keçirilən iclasında birinci vitse-spiker Ziyafət Əsgərov bildirib.

Əsgərov hesab edir ki, hüquq müdafiəçilərinin bu "biznesi" əllərindən çıxarsa, onlar müflis olarlar.

"Beynəlxalq təşkilatlar buna külli miqdarda vəsait ayırır. Həmin vəsaitlərdən bəhrələnən hüquq müdafiəçiləri isə "siyasi məhbus" siyahısı hazırlayırlar. Sonra da bu məsələdən Azərbaycana qarşı "Domokol qılıncı" kimi istifadə edirlər", deyə Əsgərov əlavə edib.

Onun fikrincə, dünyada siyasi məhbus anlayışı mövcüd deyil. Əsgərov qeyd edib ki, beynəlxalq təşkilatlar siyasi məhbus məsələsindən Azərbaycanın daxili işlərinə qarışmaq üçün istifadə edirlər: "Dünyada siyasi məhbus anlayışı olmadığına görə, Azərbaycanda da siyasi məhbus yoxdur"

Xəbər lenti

Xəbər lenti