...

Azərbaycanın həbs olunan müxalifət partiyası fəalının səhhəti pisləşib

Siyasət Materials 8 Dekabr 2007 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın Cinayət Məcəlləsinin xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə maddələri ilə həbs olunan müxalif Milli İstiqlal Partiyasının fəalı Musa Rahimin səhhəti pisləşib. Rahimin vəkili Ənnağı Məmmədli şənbə günü Trend ə bildirib ki, müdafiə etdiyi şəxs qaraciyər serrozundan əziyyət çəkir.

Rahim AMİP-in İmişli rayon təşkilatının fəalıdır. O, avqustun 23-də həbs olunub və məhkəmənin qərarı ilə 5 il azadlıqdan məhrum edilib. AMİP-çi hazırda Bayıl Təcridxanasında saxlanılır. Onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün vəkillər apellyasiya şikayəti verib.

Vəkilin sözlərinə görə, Rahimin səhhəti pis olduğundan onun Pentensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi üçün Ədliyyə Nazirliyinə müraciət edib.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti