...

Andres Herkelin dedikləri Avropa Şurasının mövqeyi deyil – Azərbaycanın AŞPA-kı numayəndə heyyətinin üzvü

Siyasət Materials 9 Dekabr 2007 19:20 (UTC +04:00)
Andres Herkelin dedikləri Avropa Şurasının mövqeyi deyil – Azərbaycanın AŞPA-kı numayəndə heyyətinin üzvü

Azərbaycan, Bakı / müxbir Trend E.Hüseynli / Azərbaycanın AŞPA-kı nümayəndə heyyəti qurumun həmməruzəçisi Andres Herkelin ittihamlarını əsassız sayır. Təsüf edirəm ki, A.Herkel Avropa Şurası kimi nüfuzlu təşkilatın məsuliyətini öz üzərinə götürür. Bazar günü "Trendə" açıqlamasında Azərbaycanın AŞ nümayəndə heyyətinin üzvü, millət vəkili Aydın Mirzazadə bildirib.

A.Herkel bazar günü Bakıda keçirdiyi toplantıda bildirib ki, Azərbaycan AŞ qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir. O hesab edir ki, Azərbaycanda insan hüqüqlarının qorunmasında problemlər mövcuddur.

Mirzazadə bildirib ki, Herkelin söylədikləri AŞ-kı deputatın mövqeyi kimi qiymətləndirilə bilər. Onun söylədikləri AŞPA-nın mövqeyi deyil. Onun sözlərinə görə, AŞPA-da Azərbaycanın qurum qarşısında öhdəliklərin yerinə yetirilməməsi barədə hər hansı qərar yoxdur.

Xəbər lenti

Xəbər lenti