...

Azərbaycanda insan alveri ilə məşğul olan 93 cinayətkar qrup ifşa olunub

Siyasət Materials 11 Dekabr 2007 14:25 (UTC +04:00)
Azərbaycanda insan alveri ilə məşğul olan 93 cinayətkar qrup ifşa olunub

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Azərbaycanda insan alverinə qarşı mübarizə gücləndirilib. "Son üç ildə insan alveri ilə məşğul olan 93 cinayətkar qrup, 15 mütəşəkkil dəstə ifşa olunub" çərşənbə axşamı Bakıda insan alveri ilə mübarizəyə həsr olunmuş tədbirdə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi İmran Nəcəfov bildirib.

ABŞ Dövlət Departamentinin 2007-ci ildəki hesabatında Azərbaycan insan alveri ilə bağlı ikinci qrup ölkələr sırasına aid edilib. Ötən il isə Azərbaycan bu sahədə üçüncü qrup ölkələr sırasına aid edilib.

İdarə rəisi bildirib ki, bu fəaliyyətlə məşğul olan 695 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onun sözlərinə görə, Azərbaycanda insan alverinin 273 nəfər qurbanı müəyyən edilib. İnsan alveri ilə bağlı 2004-cü ildən bu günə kimi 689 cinayət faktı qeydə alınıb. 2004-cü ildə bu göstərici 83, 2005-ci ildə 160, 2006-cı ildə 211, bu ilin 11 ayında isə 235 təşkil edib.

2006-cı ildə Azərbaycanın Cinayət Məcəlləsinə insan alveri ilə bağlı 144-1-ci maddə əlavə edilib. Həmin maddənin sanksiyasında əmlakı müsadirə olunmaqla 5 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti