...

"İsrailin yeni şəhərciklərin inşasına davam etməsi Fələstinlə Sülh danışıqqlarına əngəl olcaq "-- Ərəb politoloqu

Siyasət Materials 11 Dekabr 2007 14:56 (UTC +04:00)
"İsrailin yeni şəhərciklərin inşasına davam etməsi Fələstinlə Sülh danışıqqlarına əngəl olcaq "-- Ərəb politoloqu

Azərbaycan, Bakı /"Trend müxbir D.Xatınoğlu, R.Hafizoğlu/ "Annapolis" görüşündə əldə olunan razılıqlara rəğmən, İsrailin işğal olunmuş ərazilərində şəhərciklərin inşasının davam etdirməsi, İsrail-Fələstin arasında sülhün yaranmasına mane olacaq.

"İsrailin yeni şəhərciklərin inşasına davam etməsi Fələstinlə Sülh danışıqqlarını əngəlləyəcək "-- ərəb politoloqu Fələstinin "Məan" İnformasiya Agentiliyinin Baş direktoru Nasir Ləhham (Naser al-Lahham) bildirib.

Dekabrın 10-da Məan Agentliyində, İsrailin işğal olunmuş ərazilərdə qəsəbələrinin inşasının davamını pisləyib. Məanın yaydığı məlumata əsasən, ABŞ XİN-nın rəhbəri Kondoliza Rays da, İsrailin, "Annapolis"də əldə olunan razılıqlara baxmayaraq, qəsəbələrin inşasını davam etdirməsini pisləyərək, bu prosesin İsrail-Fələstin arasında sülhün yaranmasına mane olacağını bildirib.

Ləhham çərşənbə axşamı Qəzzə şəhərindən telefonla Trend ə bildirib ki, yaxın Şərqdə sülhün bərqarar olunası üçün "Annapolis" konfdransında razılıq əldə edilən bütün bəndlərə əməl olunması vacibdir. "Hal - hazırda Israilin işğal olunmuş Fələstin ərazilərində yeni şəhərciklər salması, sülh danışıqlarına təsir etməsə də, gələcəkdə, bu vəziyyətin intensivləşməsi danışıqqların yarıda qalmasına gətirib çıxaracaq. Yeni yaşayış məntəqələrinin salınması provakasiya xarakterlidir, sülh tərəfdarı olan fələstinlilər bu provokasiyalara getməyəcəklər . Biz sülh istəyirik və belə hallar bizi əsas məqsədimizdən uzaqlaşdırmayacaq"- Ərəb politoloqu bildirib .

Ləhhamın fikrincə, tikililərin inşasına son qoyulmazsa, İsrail hakimiyyəti Fələstin xalqının müqaviməti ilə üzləşəcək. Biz belə hallırın dəfərələrlə şahidi olmuşuq.

"Qeyd etmək istərdim ki , israillilərin arasında da sülh danışıqlarına narazı tərəflər var. İsraildə baş verən nümayişlər anti-ərəb xarakteri daşımır. Bu mitinqlər israillilərin öz hökümətlərinə və hakim dairələrinə inamsızlığının təzahürüdür. Regionda, sözün əsl mənasında, sülhün bərqərar olunası üçün, İsrailin daha liberal bir hökümətə ehtiyacı var. İsrail siyasi böhran içindədir, bu da, öz növbəsində, sülh danışıqlarına bir başa olmasa da, dolayı yola təsirini göstərir".

İranın "Farsnews" agentliyinin dekabrın 10-da yaydığı məlumata əsasən, İsraildə keçirilən ictimai rəy, ölkə əhalisində anti-ərəb düşüncəsinin güclənməsini göstərir. İsrail Mədəniyyət və İnsan Haqları Təşkilatının yaydığı məlumata əsasən, israillilərin yarıdan çoxu, ərəblərin onlarla eyni haqqa malik olmalarına qarşıdır.

Xəbər lenti

Xəbər lenti