...

" ABŞ kəşfiyyat orqanlarının İranın nüvə planı ilə bağlı məruzəsinin tələ olduğunu istisna etmirəm "--iranlı politoloq

Siyasət Materials 12 Dekabr 2007 11:18 (UTC +04:00)
" ABŞ kəşfiyyat orqanlarının İranın nüvə planı  ilə bağlı məruzəsinin tələ olduğunu istisna etmirəm "--iranlı politoloq

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ ABŞ kəşfiyyat orqanlarının İranın nüvə planı barədə hazırladığı məruzə ikili məna daşıyır. " ABŞ kəşfiyyat orqanlarının İranın nüvə planı barədə hazırladığı məruzənin tələ olduğunu istisna etmirəm "--Türkiyədə fəaliyyət göstərən iranlı politoloq Arif Kəskin bildirib.

Dekabrın 3-də ABŞ-ın 16 kəşfiyyat orqanının məruzəsi yayılıb. Məruzədə İranın beynəlxalq təzyiqlər nəticəsində, 2003- cü ildən dən 2007-ci ilədək nüvə silahı istehsal etmək planını dayandırıb.İranın İRNA Agentliyinin dekabrın 3-də yaydığı məlumatına əsasən, İran prezidenti Mahmud Əhmədinejad bu məruzəni İranın son 100 ildə ən böyük uğuru kimi dəyərləndirib. İran rəsmilərinin əksəriyyəti məruzəni müsbət qarşılayıblar. Buna baxmayaraq, İran Milli Məclisinin bəzi nümayəndələri ölkə rəsmilərinin bu məruzəyə həddindən artıq müsbət reaksiyasını pisləyərək, məruzənin İranın əleyhinə olduğunu vurğulayıblar.

Kəskin çərşənbə axşamı Ankaradan telefonla Trend ə bildirib ki, məruzədə, mənfi məqamlar az deyil, hətta, mən bu məruzənin rəsmi Tehran üçün tələ olduğunu da istisna etmirəm. "Lakin, məncə, məruzədəki müsbət məqamlara söykənərək, İran BMT Təhlükəsizlik Şürasının yeni Qətnaməsindən yayınması lazımdır"-deyə, Kəskin bildirib.

Kəskinin fikrincə, yeni məruzə, ABŞ və onun 5+1 ölkələri arasında olan müttəfiqlərinin İrana təzyiqlərinin gücləndirilməsinə mane ola bilər."Rusiya və Çin yeni məruzənin müsbət məqamlarını vurğulayaraq, BMT Təhlükəsizlik Şürasının İran əleyhinə 3-cü Qətnaməsinin tətbiqinə razılıq bildirmirlər. İran bu məruzəyə əsaslanaraq, yeni diplomatik fəaliyyətə hazırlaşır, 5+1 ölkələrinin nümayəndələri ilə görüşməyə çalışır. Regionda ıqtisadi əməkdaşlığını, xüsusilə Türkiyə və Çinlə, genişləndirir. Misir-İran arasında diplomatik əlaqələrin bərpası gündəmdədir və s."-deyə, Kəskin bildirib.

Dekabrın 11-də 5+1 ölkələrinin nümayəndələri İran əleyhinə BMT Təhlükəsizlik Şürasının 3-cü Qətnaməsinin tətbiqini müzakirə ediblər. ABŞ İran əleyhinə sanksiyaların gücləndiriləcəyinə inandığını bildirir.

Xəbər lenti

Xəbər lenti