...

Tbilisinin tarixi mərkəzində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsi yad edilib

Siyasət Materials 12 Dekabr 2007 12:48 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend müxbir N.Kirtsxalia/ Çərşənbə günü Tbilisinin tarixi mərkəzində, Heydər Əliyev adına parkda vəfatının dördüncü ildönümü ilə əlaqədar Azərbaycan xalqının ümummilli liderinin xatirəsi yad edilib.

Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev Azərbaycan və Gürcüstan ziyalıları və Gürcüstana akreditə olunmuş diplomatik nümayəndələrin rəhbərləri qarşısında çıxış edib.

Çıxışda müstəqil Azərbaycanın inkişafında, regionda enerji təhlükəsizliyinin formalaşdırılması və hər iki ölkənin xeyrinə yönəlmiş həm regional, həm də beynəlxalq layihələrin reallaşdırılmasında Heydər Əliyevin əhəmiyyətli rolu qeyd olunub.

Azərbaycan Respublikasının səfirliyi və tədbir iştirakçıları adından Heydər Əliyevin büstü qarşısına çox sayda əklil və gül dəstələri qoyulub.

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi tərəfindən həmçinin Qardabani, Marneuli, Dmanisi və Bolnisi rayonlarında Heydər Əliyevin xatirəsinə həsr olunan matəm tədbirləri keçirilib. Tədbirlərdə Azərbaycan və Gürcüstan cəmiyyətlərinin nümayəndələri rayon və şəhər rəhbərlikləri ilə birgə Azərbaycan xalqının liderinin xatirəsini anıblar.

Xəbər lenti

Xəbər lenti