...

Dmitri Medvedyev Rusiyanın gələcək inkişaf yolunu davam etdirəcək - Azərbaycanın Prezident Aparatının şöbə müdiri(video)

Siyasət Materials 12 Dekabr 2007 13:15 (UTC +04:00)
Dmitri Medvedyev Rusiyanın gələcək inkişaf yolunu davam etdirəcək - Azərbaycanın Prezident Aparatının şöbə müdiri(video)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Azərbaycan Prezidentinin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov çərşənbə günü jurnalistlərə müsahibəsində bildirib ki, Dmitri Medvedyevin namizədliyinin Rusiya prezidenti postuna irəli sürülməsi gözlənilən və müdrik bir qərardır.

Məmmədovun fikrincə, Medvedyev Vladimir Putin kursunu davam etdirəcək ən layiqli namizəd ola bilər. Bu namizədlik dünyanın aparıcı dövlətləri tərəfindən də etiraf oluna bilər.

Məmmədovun sözlərinə görə, Medvedyevin namizədliyinin irəli sürülməsi düzgün qərardır.

"Mən Medvedyevi yaxşı tanıyıram. Bakıya səfəri zamanı onunla görüşmüşəm. O, Rusiyanın gələcək inkişaf yolunu davam etdirəcək ağıllı siyasətçidir" - deyə Məmmədov qeyd edib.

Putinin namizədliyinin Rusiyanın baş naziri postuna irəli sürülməsinə gəlincə isə, Məmmədov bildirib ki, belə bir qərar Putinin siyasətdə əhəmiyyətinin qorunub saxlanması üçün lazımdır.

Xəbər lenti

Xəbər lenti